YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılır

«Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, kiçik və orta sahibkarlığın inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Onun sözlərinə görə, ABAD layihəsi çərçivəsində görülən işlər də bu baxımdan əhəmiyyətlidir.

«Burada da məqsəd sahibkarlığın inkişafını stimullaşdırmaq, yeni təşəbbüslər gündəmə gətirmək və yerli məhsulluarın istehsalını artırmaqdan ibarətdir. Çox müsbət haldır ki, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Artıq yerli məhsullarımızın xaricə ixracı artmaqdadır. Son göstəricilər bunu deməyə əsas verir. Əlbəttə ki, bütün bunlar ölkəmizin sosial-iqtisadi inkişafına yeni töhfələrdir»- deyə, T.Rzayev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv