YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Azərbaycan dövləti əmək münasibətlərinin tənzimlənməsi məqsədilə qabaqcıl təcrübədən və bir sıra innovativ vasitələrdən istifadə edir

«Azərbaycan dövləti əmək münasibətlərinin tənzimlənməsi məqsədilə qabaqcıl təcrübədən və bir sıra innovativ vasitələrdən istifadə edir». Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, son vaxtlar respublikamızda əmək müqavilələrinin bağlanmasına, həmçinin onların elektron qaydada rəsmiləşdirilməsinə böyük diqqət göstərilir. Onun sözlərinə görə, bu gün əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı aparılan təhlillər bir daha təsdiqləyir ki, əmək müqavilələrinin bağlanılması ilk növbədə işçinin özü üçün lazımdır.

«Burada işçi-işəgötürən-dövlət zənciri yaranır. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə işçi bir sıra hüquqlarını təmin etmiş olur, işəgötürənin konkret öhdəlikləri yaranır, dövlət isə tərəflərin öz vəzifələrini yerinə yetirmələrinin hüquqi əsaslarının qarantı rolunda çıxış edir. Hər bir işçi əmək müqavilələrinin bağlanmasında maraqlı olmalıdır. Əmək müqaviləsi olan işçi bir sıra sosial ödənişlər həyata keçirir. Bütün bunlar isə, necə deyərlər, onun dar gününün dayağıdır. Ümumiyyətlə, əmək müqavilələrinin bağlanması işçinin sosial təmintı, əmək hüquqlarının qorunması baxımından çox önəmlidir»- deyə, iqtisadçı-ekspert qeyd edib.

DİGƏR Xəbərlər Arxiv