YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: IV İslam Həmrəylik Oyunları və Formula-1 yarışı öncəsi bir sıra Qərb media orqanlarında Azərbaycan haqqında “fakenews” və antitəbliğat xarakterli yazılar artıq özünü büruzə verməyə başlayıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı qərəzli yazılara yer verilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar AZƏRTAC-a müsahibəsindəki bildirib ki, Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları və digər mötəbər tədbirlər zamanı biz bu kimi halların dəfələrlə şahidi olmuşuq. Odur ki, ölkəmizin ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları və Formula-1 yarışı öncəsi bir sıra Qərb media orqanlarında Azərbaycan haqqında dezinformasiya, “fakenews” və antitəbliğat xarakterli yazılar artıq özünü büruzə verməyə başlayıb.

Bu gün Qərb ölkələrində “fakenews” və antitəbliğat kimi məsələlər narahatlıq doğuran geniş müzakirə mövzusu olsa da, bəzi Qərb media orqanları Azərbaycana qarşı ənənəvi şəkildə bu kimi fəaliyyəti həyata keçirməkdən çəkinmirlər.

Yazı üslubu və mövzular baxımından Azərbaycana qarşı təbliğat xarakteri daşıyan bu kimi materialları təhlil etdikdə onların eyni məqamları dəfələrlə təkrarlaması, fərdi halları ümumiləşdirməsi və şişirtməsi, istinad bazasının olmaması və ya yalnız bir mənbəyə müraciət etməsi, alternativ fikirlərə və dövlətin rəsmi mövqeyinin işıqlandırılmasına yol verilməməsi kimi qeyri-obyektiv və qərəzli hallar ortaya çıxır. Bundan əlavə, Azərbaycana təzyiq kimi işğal olunmuş ərazilərimizə qanunsuz səfər edilir və oradan qondarma rejimi təbliğ edən yazılar hazırlanır. Konkret məsələ ilə əlaqədar Azərbaycan tərəfi cavab hüququndan istifadə edib mövqeyini bildirsə də, jurnalist etikası və obyektivliyindən kənar şəkildə bu mövqeyin dərc olunmasına imkan verilmir.

DİGƏR Xəbərlər Arxiv