YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan neft sənayesi sahəsində dünyanın logistika mərkəzlərindən biridir

Azərbaycan neft sənayesi və neft emalı sahəsində dünyanın logistika mərkəzlərindən biridir.

Bu sözləri aprelin 25-də Bakı Ali Neft Məktəbinin və SOCAR-ın təşkilatçılığı ilə keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft Kimya Forumunda jurnalistlərə müsahibəsində Böyük Britaniyanın "Confidence Capital" şirkətinin direktoru Andrey Rudenko deyib.

O bildirib ki, Azərbaycan bu sahədə elmi mərkəzlər yaradan və yüksək ixtisaslı mühəndis kadrlar yetişdirən dünyada ilk ölkədir.

Neftin dünya bazarlarında qiyməti ilə bağlı A.Rudenko bildirib ki, qiymət aşağı düşdüyü təqdirdə onun effektiv satışı təşkil olunmalıdır. "Təqdirəlayiq haldır ki, SOCAR-ın mütəxəssisləri bu sahədə də öz potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirirlər", -deyə şirkət rəhbəri vurğulayıb.