YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Azərbaycan Dövlət Statistika Komitəsi beynəlxalq standartlara uyğunlaşdırılıb

Azərbaycan Dövlət Statistika Komitəsi beynəlxalq standartlara uyğunlaşdırılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Statistika Komitəsinin qarşısında qoyduğu tapşırıqlardan biri komitənin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu tapşırıqlardan irəli gələrək 2015-ci ilin oktyabr ayından Avropa İttifaqı ilə birlikdə “Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması” adlı tvinninq layihəsinin icrasına başlanılıb. Ötən müddət ərzində layihənin icrası nəticəsində bütün sahələrdə statistikanın təkmilləşdirilməsi həyata keçirilib. Bütün statistik istehsal proseslərinin beynəlxalq standartlara uyğunluğu təmin edilib.

T.Budaqovun sözlərinə görə, növbəti dəfə Dövlət Statistika Komitəsi tərəfindən 2016-cı ilin sentyabr ayında BMT-nin İqtisadi Komissiyasının Statistika Komitəsi, cəlb edilən qabaqcıl ölkələrin ekspertləri, İrlandiyanın Statistika Komitəsinin sabiq sədri, Latviyanın Statistika Komitəsinin nümayəndəsi və İsveçrədən cəlb edilən Avropa Azad Ticarət Assosiasiyasının nümayəndəsi olan ekspertlər dəvət olunub. Sentyabr ayından fevral ayınadək Dövlət Statistika Komitəsinin sistemində qlobal audit keçirilib. Auditin nəticəsi ilə bağlı ilkin hesabat artıq Azərbaycana təqdim olunub, yekun hesabat isə yaxın zamanlarda hökumətə təqdim olunacaq.

“Nəhayət bu gün təqdim edilən İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı da Dövlət Statistika Komitəsinin beynəlxalq standartlara tam cavab verdiyinin göstəricisidir. Dövlət Statistika Komitəsi həm mərkəzi icra hakimiyyəti orqanı kimi, həm də MDB məkanında statistika qurumu kimi bu sertifikatı əldə edən ilk qurumdur. Bununla bağlı il yarımdan çox iş görülüb”, - deyə komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv