Xəbərlər
Şirzad Abdullayev: Bu ilin ötən dövründə sahibkarlara 60,5 milyon manat güzəştli kredit verilib
Bu ilin ötən dövrü ərzində 1361 sahibkara 60,5 milyon manat güzəştli kredit verilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
«Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3200-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir» - deyə, o qeyd edib.
Ş.Abdullayev dövlətin sahibkarlığın inkişafına güclü dəstək verdiyini deyib. İcraçı direktor bu dəstəyin davamlı olduğunu vurğulayıb.