YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Azərbaycandakı əmin-amanlıq, inkişaf nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə ev sahibliyi etməyimizə zəmin yaradır

«Bütün beynəlxalq tədbirlər kimi IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyil. Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, ölkəmizə bir dəfə ayaq basan, buranın adət-ənənələri ilə tanış olan, gözəlliklərini duyan hər bir xarici qonaq yenə də Azərbaycana gəlmək istəyir və mötəbər yarışların burada keçirilməsini təqdirəlayiq hesab edir. Bütün bunlarla yanaşı dövlətimiz öz növbəsində tanınır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olur.

«Dünya birliyi, beynəlxalq aləm artıq bu həqiqətlər qarşısında aciz durumda qalır. Mənfur düşmən, ermənilər güclü Azərbaycanın dünyaya saldığı səsdən vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar. Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas məqsədlərindən biri də məhz budur. İnanıram ki, Azərbaycan sürətli inkişafı nəticəsində daha böyük yarışlara ev sahibliyi edərək, uğurlara imzasını atacaq, öz həqiqətləri ilə dünyaya car çəkəcək»- deyə, A.Əliyev qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv