YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Hansısa bir ovuc erməninin Rusiyanın Azərbaycana siyasətini dəyişdirməsi mümkün deyi

«Rusiya hakimiyyətində olan bəzi dairələr ÜAK-ın  onların siyasətinə cavab vermədiyini düşünür».  Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, həmin dairələr Rusiyada bir sıra təşkilatları lazım gələndə öz dövlətlərinə qarşı qoyurlar. Onun sözlərinə görə, ÜAK-ı meydandan çıxarmaqda məqsəd özlərinin əlaltı təşkilatını şişirtməkdir.

«Rusiya-Azərbaycan münasibətlərini bu cür xoşagəlməyən hadisələrlə döndürmək qeyri-mümkündür. Təbii olaraq Rusiyanın bu addımı yüksələn münasibətlərə cavab verməyən hərəkətdir. Hansısa bir ovuc erməninin Rusiyanın Azərbaycana siyasətini dəyişdirməsi mümkün deyil. Amma ermənilər harada imkanları var, öz zəhərlərini əlavə  edirlər, bu məsələdən də özləri üçün qazanc axtaracaqlar»- deyə, deputat qeyd edib.