YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin İstanbul şəhərində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

İstanbul şəhərində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan qəbulda Türkiyə rəsmiləri, o cümlədən Silahlı Qüvvələrin ali rütbəli hərbçiləri, millət vəkilləri, bu şəhərdə fəaliyyət göstərən diplomatik korpusun üzvləri və beynəlxalq təşkilatların rəhbərləri, qardaş ölkədə çalışan və təhsil alan azərbaycanlılar, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi, keçdiyi inkişaf yolu, süqutunun səbəbləri, keçmiş sovet dövründə xalqımızın yaşadığı problemlər, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və s. tarixi məqamlar barədə geniş məlumat verən baş konsul Məsim Hacıyev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində dövlət müstəqilliyinə sahib çıxan Azərbaycan xalqı Ulu Öndərimizin adını uca tutur, əziz xatirəsini ehtiramla yaşadır. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət verən Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkələrimizin davamlı yüksəlişini təmin edib. İndi Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirir, eləcə də Azərbaycan-Türkiyə münasibətləri uca zirvələri fəth edir. Baş konsul çıxışında Azərbaycan və Türkiyənin ortaq iqtisadi layihələrinin tarixi əhəmiyyəti barədə geniş məlumat verib.

Sonra İstanbul valisinin müavini İsmayıl Gültəkin 28 May - Respublika Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Qədim tellərlə bir-birinə ayrılmaz bağlanan Azərbaycan və Türkiyənin tarixin ağır sınaqlardan keçirdiklərini diqqətə çatdıran İ.Gültəkin əminliklə ifadə edib ki, Azərbaycan böyük inkişaf yolu keçərək müstəqilliyinin əbədi və dönməzliyini təmin edib. Azərbaycanın müstəqilliyi Türkiyənin qüdrətinin artmasına özünəməxsus təsir göstərib.

Rəsmi açılışdan sonra bədii hissə olub.

Salondakı monitorlarda Azərbaycanın tarixini, müasir inkişafını, qədim abidələrini, turizm imkanlarını, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəmliyini əks etdirən film nümayiş olunub.

Mərasim ziyafətlə davam edib.