YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kolumbiya Prezidenti: Azərbaycan regionun ən güclü ölkəsidir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santosa çatdırıb. Xuan Manuel Santos onun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Kolumbiya Prezidenti Xuan Manuel Santos Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu qeyd edib və ölkəmizdə son illərdə əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirdi. Prezident ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər edəcəyini qeyd edib.

Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və bu xüsusda ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.