Xəbərlər
Elman Mehdiyev: 2006-ci ildən bu günə kimi Dövlət Sosial Müdafiə Fondun gəlirləri 5 dəfə artıb
2006-ci ildən bu günə kimi Dövlət Sosial Müdafiə Fondun gəlirləri 5 dəfə artıb. Bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib.
E.Mehdiyev qeyd edib ki, DSMF-nin xərcləri 5 dəfədən çox artaraq 2,9 mlrd. manata çatıb. Onun sözlərinə görə, bu da bəzi qonşu ölkələrin dövlət büdcəsindən çoxdur.
«Pensiyanın minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,7 dəfə artıb. Bütün bunlar maliyyə nəticələrimizdir. Əhaliyə ən çox elektron xidmət göstərən DSMF-nin təqdim etdiyi elektron xidmətlər olub. 700 minə yaxın şəxs Fondun elektron xidmətlərindən yararlanıb»- deyə, DSMF sədri vurğulayıb.