YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş prokuror: Ali məqsədlərə tam nail olunması üçün şərait mövcuddur

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərində kömək etmək kimi qarşıya qoyduğu ali məqsədlərə tam nail olunması üçün şərait mövcuddur.

Bunu Baş Prokuror Zakir Qaralov Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.

Z.Qaralov bildirib ki, müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var:

“Bu, ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir”.