YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Dövlət başçısının sərəncamı kənd təsərrüfatında istehsalın artımına əhəmiyyətli təsir göstərəcək

«Azərbaycanda aqrar sahənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Hazırda qeyri-neft sektorunun inkişafını nəzərə alsaq, aqrar bölmə burada xüsusi yer tutur». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, son illər dövlət başçısı tərəfindən aqra sahənin inkişafın axidmət edən mühüm qərarlar verilib. Onun sözlərinə görə, bunun nəticəsində də bu sahədə ciddi nəticələr əldə olunur.

«Bilirsiniz ki, iyunun 5-də Prezident İlham Əliyev «Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında» Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilib, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilib. Sərəncamın icrası ilə  əlaqədar 10,5 milyon manat vəsait ayrılıb. Hesab edirəm ki, bu sərəncam ölkəmizdə kənd təsərrüfatında istehsalın artımına əhəmiyyətli təsir göstərəcək. Eyni zamanda, bu, ərzaq təhlükəsizliyinin təmin olnuması prosesində də mühüm addımdır. Nəzərə alsaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını daha da artırmağı qarşısına hədəf qoyub, belə olan halda dövlət başçısının sərəncamı bu baxımdan da öz müsbət təsirini göstərəcək»- deyə, komitə sədri vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv