YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 38 faiz olub

Avropa İttifaqı ölkələrinin Azərbaycanın ümumi əmtəə dövriyyəsindəki payı cari ilin ilk 4 ayında 38 faiz olub.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib.

Nazir qeyd edib ki, ötən il bu göstərici 35 faiz təşkil edib.

Ş.Mustafayev bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas kapitalında iri investordur:

"Ötən müddət ərzində Azərbaycanın əsas kapitalına Aİ investisiyaları təqribən 20 milyard dollar və ya sərmayələrin ümumi həcminin 46 faizini təşkil edib. Eyni zamanda Aİ tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 3 milyard dollar sərmayə yatırılıb ki, bu da həmin sektora qoyulmuş investisiyaların ümumi həcminin 35 faizini təşkil edir. Hazırda ölkəmizdə 1300-dən çox Avropa şirkəti fəaliyyət göstərir".