Xəbərlər
Ramiz Həsənov: Azərbaycanda qəbul edilən standartların təqribən 40 faizi bu gün Avropada tanınır
Azərbaycanda qəbul edilən standartların təqribən 40 faizi bu gün Avropada tanınır.
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
O qeyd edib ki, ölkədə tətbiq edilən yeni standartlar Avropa standartlarına tamamilə uyğunlaşdırılıb:
"Bir sıra köhnə standartlar da təkmilləşdirilir, Avropa və beynəlxalq standarlarla unifikasiya edilir".