YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Vyetnam Kommunist Partiyası nümayəndələrinin ölkəmizə səfəri mühüm əhəmiyyətə malikdir

“Vyetnam Kommunist Partiyası nümayəndələrinin ölkəmizə səfəri bu partiya ilə Yeni Azərbaycan Partiyasının əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir”. Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, baş tutacaq səfər partiyalar arasında münasibətlərin inkişafına mühüm töhfə olacaq: “Ümumiyyətlə, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu mütəmadi olaraq genişlənir. YAP-ın beynəlxalq əlaqələrində bir çox ölkələrin aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası bir çox ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı faydalı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Bu baxımdan, Vyetnam Kommunist Partiyası ilə əlaqələrin inkişafına dair fəaliyyət və təşəbbüslər də böyük əhəmiyyətə malikdir. Bu, həm də ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin dərinləşməsinə fundamental töhfələr verir”. 

DİGƏR Xəbərlər Arxiv