YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Bakı Dövlət Universitetində olub

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Bakı Dövlət Universitetində (BDU) olub.

Görüşdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan-Vyetnam əlaqələrinin əhəmiyyətində danışıb, ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev və Vyetnamın keçmiş dövlət başçısı Xo Şi Minv tərəfindən qoyulduğunu qeyd edib. O, Prezident İlham Əliyevin təhsilimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə məlumat verən rektor universitetdə 17 fakültənin fəaliyyət göstərdiyini, 22 min tələbənin təhsil aldığını diqqətə çatdırıb. A.Məhərrəmov universitetdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən də danışıb.

Xanım Çionq Txi May isə ölkələrimiz arasındakı əməkdaşlıqdan söhbət açıb, müasir dünyada elmin və təhsilin mühüm rolunu qeyd edərək bu sahədə əlaqələrimizin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra Azərbaycan-Vyetnam əlaqələrindən bəhs edən film nümayiş olunub.