YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Kuryaçiy: Azərbaycan bölgədə böyük uğurlara imza atıb və müstəqil siyasət yürüdür

Ukrayna hər zaman Azərbaycanın yanında olub və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ukrayna bu məsələdə qətiyyətli mövqeyini davam etdirəcək.

Bu fikirləri Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy Kiyevdə keçirilən Avropa Azərbaycanlıları Konqresinin toplantısında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın və Ukraynanın xarici ölkələrdəki diaspor təşkilatları birləşib birgə mübarizə aparmalıdırlar.

M.Kuryaçiy deyib ki, Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri qədim tarixə söykənir. “Mən şadam ki, ölkələrimiz beynəlxalq arenada ən prinsipial məsələlərdə bir-birinə dəstək verir. Azərbaycan bölgədə böyük uğurlara imza atıb və müstəqil milli siyasət yürüdür”, -deyə ukraynalı deputat vurğulayıb.

Xatırladaq ki, tədbirdə Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, diasporumuzun fəalları və bir sıra yerli rəsmi dövlət orqanlarının təmsilçiləri iştirak edirlər.