YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın keçmiş Prezidenti Tarya Haloneni qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Haloneni qəbul etmişdir.

Finlandiya Respublikasının keçmiş Prezidenti xanım Tarya Halonen dünyada dərin maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların onda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğuladı.

Görüşdə Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətindən danışıldı.

 

 

DİGƏR Xəbərlər Arxiv