YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Son illər ölkəmizdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb

«Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb». Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, respublikamızda yeni rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib. Onun sözlərinə görə, qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur.

«“Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin icrası da ölkəmizdə emal sənayesinin inkişafına dəstək göstərəcək. Layihənin məqsədi Azərbaycan Respublikasında emal sənayesi sahələrinin rəqabət qabiliyyətinin artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə dəstək göstərilməsidir. Layihədə həmçinin, emal sənayesinin bir sıra sahələrində professional biznes assosiasiyalarının yaradılması, emal sənayesinin pilot sektorları ilə bağlı ilkin iqtisadi əsaslandırmanın həyata keçirilməsi nəzərdə tutulur»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv