YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Ailə dövlətin əsas özəyi kimi dövlət tərəfindən qorunur

“Azərbaycanda qadın sağlamlığının qorunması ilk növbədə ölkə Konstitusiyası, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Uşaq hüquqları”, Əhalinin Sağlamlığının qorunması” haqqında və hazırda Milli Məclisə təqdim olunan “Reproduktiv sağlamlıq haqqında” qanunla tənzimlənir”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Azərbaycanda qadın sağlamlığının qorunması ilə bağlı Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ildə imzalanan Dövlət Proqramının həyata keçirildiyini deyən Ə.Əmiraslanov bildirib ki, Ailə Məclləsinin 17-ci maddəsində də təsbit olunub ki, ailə dövlətin əsas özəyi kimi dövlət tərəfindən qorunur.

“Əmək Məcəlləsində bir çox maddələrdə qandınlarla bağlı bir sıra maddələr, xüsusilə də hamilə və azyaşlı uşaqlı analar üçün güzəştlər nəzərdə tutulub. Bundan başqa “Əhalinin sağlamlığının qorunması” haqqında qanunda hər bir qadının hamilə və ondan sonrakı dövrdə pulsuz tibbi yardımla təmin olunması öz əksini tapıb. Hamiləliyin pozulması qeysəriyyə əməliyyatları ilə bağlı da maddələr bu qanunda yer alıb. Bir sözlə ölkəmizdə qadınların qorunması istiqamətinə xüsusi önəm verilir və bu sahə ilə bağlı mühüm addımlar atılır”- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv