YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM-Yaponiya görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-Yaponiya Nazirlər Şurasının iclasında iştirak edib.

İclasın yekunu olaraq, “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul edilib. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiq ediblər.

Həmçinin tərəflər regional və beynəlxalq müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan GUAM-Yaponiya əməkdaşlığının əhəmiyyətini vurğulayıblar, ticarət və sərmayə qoyuluşu, enerji, fövqəladə hallar, turizm, nəqliyyat, mədəniyyət, kənd təsərrüfatı, səhiyyə və ətraf mühit sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni layihələrin icrasının vacibliyini qeyd etdilər.

DİGƏR Xəbərlər Arxiv