YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Yeni saziş Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir

«"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə imzalanan yeni saziş Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

“Yeni əsrin kontraktı”nın imzalanmasını Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəllifi olduğu və Azərbaycan xalqının milli maraqlarını qoruyan “Neft strategiyası”nın tarixi təntənəsi adlandıran Ş.Hacıyev bildirib ki, bir nəhəng müqavilənin başa çatmasına 7 il qalmış, Azərbaycan dövlətinin belə uzun müddətə daha bir nəhəng sazişə adını yazdırması ölkə rəhbərimiz cənab İlham Əliyevin məharətli idarəçiliyini və regiondakı güclü lider obrazını bir daha təsdiq edir.

«“Əsrin müqaviləsi”nin 1994-cü ildə imzalanması Azərbaycanın müstəqil dövlət kimi həyata vəsiqə qazanması oldu, indi “Yeni əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın beynəlxalq siyasi və iqtisadi arenada mövqeyinin daha da möhkəmləndirilməsinin təminatçısıdır. O çətin dövrdə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda bazar iqtisadiyyatının qurulmasının ilk addımı idi, bu gün bu sazişin Azərbaycanın birmənalı şəkildə xeyrinə olan şərtlər daxilində uzadılması isə dosta-düşmənə çox gözəl mesajdır. Nəhəng qlobal neft şirkətlərinin Azərbaycana 32 illik investisiya yatırması dünya birliyinin Azərbaycan Prezidentinə, Azərbaycan iqtidarına olan inamının, etibarının ən bariz göstəricisidir»- deyə, deputat qeyd edib.