YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanın bölgələri sürətlə inkişaf edir

«2004-cü ildən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilir. Artıq üçüncü dövlət proqramı icra olunmaqdadır. Bu proqramlar çərçivəsində nəinki böyük şəhərlər inkişaf edib, eləcə də,  ən ucqar kəndlər də bu inkişafdan bəhrələnir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayevin sözlərinə görə, məhz uğurlu siyasətin nəticəsidir ki, bu gün bölgələrdə insanlar qaz, su, işıq, yol məsələsində çətinlik çəkmirlər. Yəni bölgələrimiz sürətlə inkişaf edir, bunun nəticəsində də insanlar regionlarda rahat, firəvan  yaşayırlar.

«Bir çox bölgələrdə sənaye müəssisələri fəaliyyət göstərir. Əgər işıq, qaz, yol infrstrukturu yoxdursa, biz kənddə hansı sənaye müəssisəsi yarada bilərdik? Ona görə də, neft gəlirləri bu sahələrin inkişafına yönəldildi ki, bu da çox düzgün siyasətdir. Yeni mərhələdə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Cənab Prezidentin bölgələrdə keçirdiyi müşavirələr qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət edir. Əvvəllər bu sahələr inkişaf edə bilmirdi, çünki infrastruktur yox idi. Bu gün isə geniş imkanlar var. Sahibkarlara güzəştli kreditlər verilir ki, onlar da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. Bütün bunların nəticəsində yüz minlərlə yeni iş yerləri açılıb ki, bu da  insanların rifahının yüksəlməsinə xidmət edir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv