YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Həmsədrlər münaqişənin həlli ilə bağlı prinsipiallıq göstərmir

«Oktyabr ayında həmsədrlərin bölgəyə növbəti səfəri nəzərdə tutulur. Onların bölgəyə səfərləri konkret nəticə verməlidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Onun sözlərinə görə, həmsədrlər bu məsələdə prinsipiallıq göstərmir.

«Həmsədrlərin regiona hər səfəri zamanı verilən bəyanatlar əvvəlki bəyanatlardan heç nə ilə fərqlənmir. Yəni onlar yeni fikir söyləyiblər. Münaqişə o zaman  sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər. Amma görünən odur ki, Minsk qrupunun belə niyyəti yoxdur. Biz hətta onlar tərəfindən işğalçı dövlətin himayə olunmasını müşahidə edirik. Bu da cəmiyyətimizdə haqlı olaraq narazılıqla qarşılanır»- deyə, E.Məmmədov vurğulayıb.