YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimova təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu gün Sizin rəhbərliyinizlə dünya birliyində layiqli yer tutan qardaş Özbəkistan ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafı yolu ilə inamla irəliləyir.

Bizim xalqlarımızı tarixin sınağından çıxmış ümumi mənəvi və mədəni dəyərlər, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı əlaqələr bundan sonra da xalqlarımızın əsas mənafelərinə cavab verəcək, ölkələrimizin daha da inkişaf etməsinə və firavanlaşmasına hərtərəfli kömək edəcəkdir.

Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram.”

 

 

DİGƏR Xəbərlər Arxiv