YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Rusiya gələn il Xəzəryanı ölkələrin dövlət başçılarının V Sammitinin keçiriləcəyinə ümid edir

Rusiya gələn il Xəzəryanı ölkələrin dövlət başçılarının V Sammitinin keçiriləcəyinə ümid edir.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abduraxmanov ilə görüşdən sonra bildirib.

O deyib: “Növbəti Sammit Qazaxıstanda təşkil olunacaq. Ümid edirik ki, sammit gələn il keçiriləcək. Əlbəttə, hər şey dövlət başçılarının razılaşmasından asılıdır”.

S.Lavrovun sözlərinə görə, qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması məsələlərini də müzakirə ediblər. “Ümidvarıq ki, hazırlıq işləri tezliklə başa çatacaq”, - deyə Sergey Lavrov bildirib.

DİGƏR Xəbərlər Arxiv