YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasının sədri Rumıniyada 23-cü illik konfransında iştirak edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Seçki Rəsmiləri Assosiasiyasının sentyabrın 4-6-da Rumıniyada keçiriləcək 23-cü illik konfransında iştirak etmək üçün bu ölkədə səfərdə olacaqdır.

Avropa Seçki Rəsmiləri Assosiasiyası və Rumıniya Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təşkil edilən tədbirdə Avropa ölkələrinin seçki idarəetmə qurumlarının rəhbərləri iştirak edəcək.

Avropa Seçki Rəsmiləri Assosiasiyasının baş katibi Zsolt Szolnoki və Rumıniya Mərkəzi Seçki Komissiyasının sədri Ana Maria Patrunun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.