YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heidi Hautala: Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməlidirlər

Avropa Parlamentinin vitse-prezidenti xanım Heidi Hautala qurumun üzvlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməli olduqlarını bildirib.

Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı H.Hautala deyib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, təkliflərlə çıxış edirlər. Ancaq digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verə bilərlər.

“Baxmayaraq ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, ancaq düşünürəm ki, Avropa Parlamentinin üzvləri bu münaqişənin həlli ilə bağlı müzakirələrdən qaçmamalıdırlar”, - deyə o qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv