YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə “700 min ağac əkək" kampaniyası çərçivəsində Qazax rayonunda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının  yaradılmasının 25-ci ildönümü münasibətilə Qazaxda  ağacəkmə aksiyası keçirilib. "700 min ağac əkək" kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında YAP Qazax rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin gənclər yüksək fəallıq göstəriblər. Aksiya çərçivəsində rayonun Dəmirçilər kəndi ərazisində olan 3 hektar sahəyə 1600 ədəd ərik ağacı əkilib. Əkilən tinglər suvarılıb.

Qeyd edilməlidir ki, ənənə halını almış ağacəkmə kampaniyasında məqsəd rayon ərazisində yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Eyni zamanda, YAP üzvlərinin fəal təşkilatçılığı ilə aparılan bu kampaniya rayonda ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlara mühüm dəstək sayıla bilər. Tədbirdə bu aksiyanın davam etdiriləcəyi də vurğulanıb.

DİGƏR Partiya xəbərləri Arxiv