YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sumqayıt şəhər təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Sumqayıt şəhər təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Sumqayıt şəhər təşkilatının idarə heyəti və şura üzvləri, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri iştirak ediblər. Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində ayrılmış ərazidə xeyli sayda həmişəyaşıl və dekorativ ağaclar əkilib və tinglər suvarılıb.

Keçirilən ağacəkmə aksiyası ilə bağlı fikirləri bölüşən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Sumqayıt şəhərində ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində mühüm yaşıllaşdırma işləri görülür. Onun sözlərinə görə, YAP Sumqayıt şəhər təşkilatının keçirdiyi aksiya da partiyamızın 25 illiyi ilə bağlı tədbirlərin tərkib hissəsidir. 

DİGƏR Partiya xəbərləri Arxiv