YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin regional məsələlər komitəsinin 2014-cü il payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 9-da Milli Məclisin regional məsələlər komitəsinin 2014-cü il payız sessiyasında ilk iclası keçirilib.

Komitə sədri Arif Rəhimzadə iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

Arif Rəhimzadə ilk olaraq Milli Məclisin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 13 məsələ müzakirə olunub ki, bunlardan 10-u qanun layihəsidir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub, bələdiyyələrlə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər edilib. Hesabat dövründə yerli özünüidarəetmənin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilib. Qeyd edilib ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsinə əsasən, ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək.
Diqqətə çatdırılıb ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişikliyə əsasən, yerli vergi və ödənişlərin ödənilməsinin yalnız banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi təsbit olunub. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan edilib. Qanunun bu normasının 2015-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Çıxış edən deputatlar qanunvericiliyə edilən əlavə və dəyişikliklərin yerlərdə bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərdiyini bildiriblər.
Komitənin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.

Sonra iclasda 2014-cü ilin payız sessiyasında görüləcək işlərin planına baxılıb və təsdiq olunub. Bu sessiyada komitədə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq.

Daha sonra “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb və plenar iclasa tövsiyə olunub.

 

DİGƏR Xəbərlər Arxiv