Partiya xəbərləri
YAP Kürdəmir rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirib
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Kürdəmir rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
“700 min ağac əkək” kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında YAP Kürdəmir rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri, həmçinin Gənclər Birliyinin üzvləri iştirak ediblər. Rayon təşkilatının üzvləri tərəfindən Kürdəmir rayonunun park və meydanlarında xeyli sayda ağac və gül kolları əkilib. Əkilən tinglər suvarılıb. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.