YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib

«Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, Ermənistan dünya ictimaiyyətinin tələblərinə məhəl qoymur, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə uzun illərdir davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

«Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Təcavüzkar Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən dövr ərzində erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib. Azərbaycan hökuməti isə qaçqın və məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Bunula yanaşı, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün mümkün diplomatik imkanlardan istifadə edir»- deyə, M.Abbaszadə qeyd edib.