YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Təhsil infarstrukturunun yeniləşdirilməsi və müasirləşdirilməsi daim diqqət mərkəzindədir

«Son illər ölkəmizdə müasir məktəb binaları tikilir və ya yenidən qurulur. Təhsil infarstrukturunun yeniləşdirilməsi və müasirləşdirilməsi daim diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, görülən işlər dövlətin təhsil sahəsinə diqqət və qayğısının ifadəsidir. Onun sözlərinə görə, bu işlər təkcə paytaxtı deyil, bölgələri də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində nəzərdə tutulan mühüm  layihələrə Heydər Əliyev Fondu tərəfindən göstərilən dəstək də, təbii ki, təhsilin əsaslı təməl üzərində qurulmasına hesablanan siyasətin prioritetlərindəndir.

«Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası prosesini daha da sürətləndirib»-deyə, K.Əliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv