YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saltuk Düzyol: TANAP Türkiyənin BOTAŞ milli qaz şəbəkəsinə ilk qazı 2018-ci ilin iyununda tədarük edəcək

2017-ci ilin dekabrına olan vəziyyətə görə, Transanadolu boru kəmərinin (TANAP) tikintisi çərçivəsində 96,6 faiz irəliləyiş olub.

Bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, Gürcüstan-Türkiyə sərhədindən Eskişehir şəhərinədək olan sahə (“0” mərhələsi) tamamilə tikilib:

“Bu mərhələdə boru kəmərinin sınaqları və istifadəyə verilməsi 2018-ci ilin yanvarında baş tutacaq. Eskişehirdən Yunanıstan sərhədinədək (Mərhələ “1”) olan hissədə işlər cədvələ uyğun davam edir. TANAP Eskişehirdə BOTAŞ milli qaz şəbəkəsinə ilk qazı 2018-ci ilin iyununda tədarük edəcək”.