YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Məktubda Prezident İlham Əliyev İrana məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Dövlətimizin başçısı baş vermiş bu faciə ilə əlaqədar İran Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.