YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana işgüzar səfərə gəlib

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və digər rəsmi şəxslər qarşıladılar.