Xəbərlər
Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək
Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.