YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır

BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 2018-ci ildə fəaliyyət planı ilə bağlı istiqamətlərini açıqlayıb.

A.Quterreş sadalanan istiqamətlər arasında Yaxın Şərqdəki münaqişələr, Avropadakı "dondurulmuş" münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqınların problemlərinin yer aldığını deyib.

“Dondurulmuş münaqişələr”dən danışarkən Baş katib bildirib: "Mövcud problemləri həll etmək üçün təhlükəli millətçilik dalğasının qarşısını almaq, müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və "Dnestryanı üzrə 5+2" prosesini canlandırmaq lazımdır”.