YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davosda Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat

“Ekspo-2025” (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar, İsveçrənin Davos şəhərində yanvarın 23-də təqdimat keçiriləcək.

Rəsmi təqdimat "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov tərəfindən həyata keçiriləcək. /Trend/

E.Əmirbəyov Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat verəcək.

E.Əmirbəyov təqdimatla bağlı bildirib: "Biz "Bakı Ekspo-2025" təqdimat mərasimini biznes və siyasət dünyasından 2500-dən çox liderin toplaşdığı Davos Dünya İqtisadi Forumunda keçirməkdən çox məmnunuq".

Azərbaycanın “Ekspo-2025” üzrə təqdim etdiyi mövzu - "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" adlanır. Əlavə olaraq təqdim edilən üç alt mövzu - İstedad, Sağlamlıq və Nailiyyət - Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

Bakı Ekspo 2025, cəmiyyətin hər bir sahəsinin insan intellektindən yararlanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.