YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandanın tapşırığına əsasən, Prezidentin hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil edilib.