YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Görülən işlər nəticə etibarilə bölgələrdə sosial-iqtisadi inkişaf baxımından mühüm amillərdir

«Normal biznes mühiti olmadığı təqdirdə heç bir dövlət sosial iqtisadi inkişafının dayanıqlığını təmin edə bilməz. Azərbaycanda isə biznes mühiti çox yüksəkdir və bu da özəl bölmənin inkişafında mühüm rol oynayır». Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, yeni iş yerlərinin yaradılması, həmçinin məşğulluqda biznesin və mühitin inkişafı əsas məsələlərdən biridir. Onun sözlərinə görə,  ölkə əhalisinin məşğulluğunda aqrar sektor da kifayət qədər böyük paya malikdir.

«Hökumət  bu sahənin inkişafı istiqamətində müxtəlif proqramlar həyata keçirir. Bununla yanaşı yüngül və yeyinti sənayesi, dağ-mədən sənayesinin inkişafı istiqamətlərində tədbirlər həyata keçirilir. Azərbaycanda investisiya zonalarının tətbiqinə başlanılması da əhəmiyyətlidir. Hazırda aqroparkların, sənaye məhəllələrinin yaradılması istiqamətində davamlı olaraq işlər görülür. Bütün bunlar  nəticə etibarilə bölgələrdə sosial-iqtisadi inkişaf baxımından mühüm amillərdir»-deyə, deputat qeyd edib.