YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 2-də “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur.

Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer verib, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak edib, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərib.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

 

DİGƏR Xəbərlər Arxiv