YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vilayət Zahirov: Yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. İclasda iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məruzəni  ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

V.Zahirov bildirib ki, ötən il inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 62 min 618 bələdiyyə aktı daxil olub. Onlardan 60 min 444 (97 faiz) akt qanunvericiliyə uyğun hesab edilib: «Qanunvericiliyin tələblərinə uyğun olmayan 1978 aktın isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunub. Nazirliyin təkliflərinin əsasında onlardan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib, digərləri isə baxılmaqdadır. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2170 bələdiyyə aktı ekspertizadan keçirilib, onlardan bir akt qanunsuz olduğu üçün ləğv edilib. Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 1883 hektar torpaq sahəsinin icarəyə, 576 hektar torpaq sahəsinin istifadəyə, 175 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə verilməsi müəyyən edilib və həmin qərarlar verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən ləğv olunub. Bütövlükdə 2636 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb».

Nazir müavini qeyd edib ki, protokollar, eləcə də müraciətlər əsasında araşdırma zamanı ölkə üzrə bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4378 tövsiyə göndərilib. Hesabat ilində Ədliyyə Nazirliyinə, o cümlədən nazirliyin rəhbərliyinin səyyar qəbullarından və “qaynar xətlər”dən bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlərin sayında 2016-cı illə müqayisədə ciddi artım müşahidə edilməyib. 2017-ci ildə 2252 müraciət daxil olub ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavablar verilib, 41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini taparaq təmin edilib. Məruzəçinin sözlərinə görə, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir.

Daha sonra deputatlar illik məruzəni müzakirə ediblər. Müzakirələrdən sonra illik məruzə edilib.

DİGƏR Xəbərlər Arxiv