YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Son 15 ildə iqtisadiyyatın inkişafı, həm də ölkəmizin nüfuzunun artması ilə bağlıdır

«Ölkəmiz son 15 il ərzində mühüm iqtisadi inkişafa nail olub». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycan bu illər ərzində mühüm inkişaf yolu keçib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar bu sahənin daha da inkişafına şərait yaradıb. Onun sözlərinə görə, Azərbaycanın son 15 ildə iqtisadiyyatın inkişafı həm də ölkəmizin nüfuzunun artması ilə bağlıdır.

«Azərbaycan Prezidentinin qeyd etdiyi kimi ölkəmizin iqtisadi inkişafı Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və onların sosial problemlərinin həllinə yönəlib. Görülən işlərin nəticəsində ölkəmizə investisiya qoyuluşu xeyli artıb. Ölkəmizdə kənd təsərrüfatına dair dövlət dəstəyi də keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur. Kənd təsərrüfatı torpaq vergisindən başqa vergilərdən azadır. Azərbaycanda eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı böyük işlər görülür. Azərbaycan kənd təsərrüfatına göstərilən dəstəyə görə digər ölkələrdən fərqlənir. Azərbaycan Prezidentinin də söylədiyi kimi, bütün görülən işlərə baxmayaraq, qarşıda görəcəyimiz işlər çoxdur»-deyə, komitə sədri vurğulayıb.