YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Agdam rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub

Yeni Azərbaycan Partiyası Agdam rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa vurub.

Qeyd edək ki, kampaniyanın başlaması ilə əlaqədar YAP Agdam rayon təşkilatının seçki qərargahında müşavirə keçirilib. Müşavirədə kampaniyada iştirak edəcək qərargah üzvləri və partiya fəallarına proses haqqında məlumat verilib, imzatoplama zamanı diqqət yetiriləcək qaydalar nəzərə çatdırılıb.
Daha sonra rayonda yerləşən seçki dairələri üzrə nəzərdə tutulan 600 imza toplanaraq sənədləşdirilib.