YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda YAP-ın namizədinin imzatoplama kampaniyasında vətəndaşlar mütəşəkkil qaydada iştirak edirlər

Azərbaycan Respublikasında 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin namizədliyinin qeydə alınması üçün Nərimanov rayonunda imzatoplama kampaniyası uğurla davam etdirilir.

YAP Nərimanov rayon təşkilatının seçki qərargahının 20-dən çox imzatoplayan fəalı Nərimanov rayonu 18 saylı Nərimanov-Nizami, 19 saylı I və 20 saylı II Nərimanov Seçki Dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işi davam etdiriblər.

İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşür, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edir, vətəndaş isə imzasını atıb, günün tarixini qeyd ediblər.

Nərimanov rayonunda vətəndaşlar imzatoplama kampaniyasında mütəşəkkil qaydada iştirak edirlər.