YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıllı seçicilər cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Cəbrayıl rayon təşkilatı da partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mehdiabad qəsəbəsində məskunlaşmış cəbrayıllı məcburi köçkünlərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev təbliğat və təşviqat kampaniyası çərçivəsində qaçqın və məcburi köçkün rayonu olan Cəbrayıl ictimaiyyəti ilə bir neçə görüşün keçirildiyini diqqətə çatdırıb. A.Fərzəliyev vurğulayıb ki, Cəbrayıl rayonundan olan seçicilər birmənalı şəkildə dövlət başçısını dəstəkləyir və aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər: "Son 15 ildə Cəbrayıl rayonunun sakinlərinin həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə əhəmiyyətli addımlar atılıb, tədbirlər görülüb. Bu gün ölkəmizdə çadır şəhərcikləri ləğv edilib, bütün qaçqın və məcburi köçkünlər kimi, Cəbrayıl sakinləri də yüksək səviyyəli, yeni evlərlə təmin olunurlar. Prezidentimizin əhalimizə  diqqət və qayğısını layiqincə dəyərləndirən Cəbrayıl seçiciləri 11 apreldə dövlət başçısına növbəti dəfə etimad göstərəcək, yenidən Ona səs verəcəklər".

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov və başqaları cənab İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu bütün parametrlər üzrə uğurla davam etdirən lider adlandırıblar.

Görüşdə çıxış edən Cəbrayıl sakinləri də bildiriblər ki, ölkəmizdə həyata keçirilən siyasi kurs Azərbaycanın əldə etdiyi uğurların təməlidir. Seçicilər seçki günü cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv