YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlaxda seçicilərlə görüşlər davam edir. Bu silsilədən növbəti görüş  Yevlax şəhərində ilk dəfə səs verəcək gənclərlə keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da demokratik seçki mühitinin formalaşdığını qeyd edib. Daha sonra Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında danışan natiq son 15 il ərzində ölkəmizdə həyata keçirilən siyasətin gənclərin inkişafına da təkan verdiyini deyib. Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev çıxış edərək cənab Prezidentin ölkə gəncliyinə göstərdiyi qayğıdan danışıb. Natiq ölkənin hər yerində, o cümlədən Yevlaxda gənclər üçün yaradılan şəraiti bu qayğının parlaq təzahürü  kimi dəyərləndirib.

Gənc seçicilər qarşısında çıxış edən YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Yusifqızı cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 ildə əldə olunan uğurlardan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu daxili və xarici siyasətin ölkəmizin xoşbəxt gələcəyinin, xalqımızın firavan güzəranının etibarlı təminatçısı olduğunu vurğulayıb. Natiq əminliklə qeyd edib ki, növbəti seçkilərdə də xalq bu reallıqları nəzərə alaraq  bir daha cənab İlham Əliyevə səs verəcək.

Görüşdə iştirak edən yevlaxlı gənclər aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.